Hansı mallar dəyişdirilmir və ya qaytarılmır? - qızıl və qızıl məmulatları; - qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar; - istehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, dəsmallar, haşiyələr); - parfümer-kosmetika malları; - bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları; - məişət kimyası malları; - şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.); - uşaq oyuncaqları; - istehsal qüsurları istisna olmaqla istifadə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları; - ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar; - dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları.