news-8

Haqsız reklam

 “Reklam haqqında” Qanuna əsasən reklam aşağıdakı hallarda haqsız hesab edilir: 1. reklam olunan əmtəə ilə eyni funksiyaları yerinə yetirən yaxud yetirə bilən, başqa istehsalçıların yaxud satıcıların əmtəəsinin keyfiyyət və (və ya) kəmiyyət göstəriciləri arasında digər bazar iştirakçılarının adını çəkməklə və (və ya) əmtəəni göstərməklə müqayisə aparıldıqda; 2. müxtəlif vasitələr və (və ya) üsullarla bazar rəqibinin şərəf və ləyaqəti, işgüzar nüfuzu aşağılandıqda; 3. əmtəə barədə bilərəkdən həqiqətə uyğun olmayan reklam verildikdə; 4. reklam olunan əmtəədən istifadə etməyən və ya rəqiblərin əmtəəsindən istifadə edən şəxslərə istehza olunmaqla, başqa şəxslərdə onlara qarşı mənfi rəy formalaşdırmağa cəhd olunduqda; 5. müəlliflik hüquqlarından və əlaqəli hüquqlardan qeyri-qanuni istifadə olunduqda, başqa əmtəələrin reklam materiallarının plagiatçılığına yol verildikdə; 6. reklam edilən əmtəə başqa istehsalçıların və satıcıların əmtəəsinə çaşqınlıq yarada biləcək dərəcədə bənzədildikdə; 7. reklam edilən əmtəənin sağlamlığa və ətraf mühitə mənfi təsiri barədə məlumatlar qəsdən gizlədildikdə; 8. reklam qadağan olunmuş vasitələr və (və ya) üsullarla, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun müəyyən etdiyi yerlərdən kənarda, bu Qanunla müəyyən olunmuş vaxtdan əvvəl yaxud sonra yayımlandıqda; 9. reklamı konkret üsulla, konkret vaxtda və (və ya) yerdə qadağan olunmuş əmtəənin yaxud onun əmtəə nişanının, habelə onunla qarışdırıla biləcək dərəcədə yaxın olan əmtəə nişanının reklamından istifadə edildikdə. 2. Haqsız reklama yol verilmir. Qeyd: Haqsız reklam olunan əmtəənin (işin, xidmətin) alınması nəticəsində istehlakçıya vurulan zərər təqsirkar şəxslər tərəfindən tam həcmdə ödənilməlidir.


  TOP
Layihəyə dəstək ol