Əziz toxum izləyiciləri.
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanına əsasən, 10000 abş dollarına qədər kredit götürmüş şəxslərin devalvasiyadan sonra ödədikləri və ya ödəməli olduqları məbləğ dövlət tərəfindən vətəndaşa ödəniləcək. Yəni, 21 fevral 2015-ci il tarixinə kimi vətəndaşların əsas kredit borcundan 1 dollara münasibətdə 25 qəpik olan hissə dövlət büdcəsi hesabına ödəniləcək. Misal olaraq, 1-ci devalvasiyaya kimi şəxsin 200 dollar məbləğində əsas borcu olub, Bu məbləğ köhnə məzənnə ilə 156 manat olsa da, 1-ci devalvasiyadan sonra artıq 210 manat oldu. Arada isə 54 manat fərq yarandı. Fərmana əsasən bildirilir ki, 200 dolların hər bir dollarına münasibətdə 25 qəpiyi dövlət büdcəsi hesabına ödəniləcəkdir. Bu isə 50 manat edir. Nəticədə yaranmış 54 manat fərq məbləğindən 50 manatı dövlət büdcəsi hesabına ödəniləcək. 22 fevral 2015-ci il tarixdən 21 dekabr 2015-ci il tarixədək bağlanmış müqavilələrə şamil edilən şərtə görə isə əsas kredit borcu olanlarla bağlı 1 dolların 60 qəpik hissəsi dövlət büdcəsi hesabına ödəniləcək. Tutaq ki, 2-ci devalvasiya dövrünə kimi şəxsin 200 dollar borcu olub, Bu köhnə məzənnə ilə 210 manat olsa da, 2-ci devalvasiyadan sonra 310 manat oldu. Arada isə 100 manat fərq yarandı. Dövlət 1 dollara münasibətdə 60 qəpiyi büdcə hesabına ödədiyindən, əvəzləşdirilən məbləğ 120 azn edir. Nəticədə fərq kimi yaranmış məbləğ 100 manat olduğundan, tam həcmdə büdcə hesabına əvəzləşdirilir. Həmçinin Əgər borc artıq bağlanmışdırsa, ödəniş şəxsin özünə qaytarılacaq. 10000 Abş dolları və ya 17000 manat məbləğədək olan gecikdirilmiş kreditlər üçün və kreditin ödənilməsini 360 gündən (1 il) çox gecikdirən vətəndaşlarla illik 1 faiz olmaqla yeni güzəştli kredit müqavilələri bağlanacaq. vətəndaşlar güzəşt məbləğini hesablamaq üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi internet səhifəsində elektron kalkulyatordan istifadə edə bilər. Əlavə suallarınızı isə 966 çağrı mərkəzinə ünvanlaya bilərsiniz. Aysel Qarayeva