news-8

"Ələt azad iqtisadi zonası haqqında" qanun

Əziz toxum izləyiciləri,uzun zamandır müzakirə olunan və nəhayət 18 may 2018-ci ildə Milli Məclis tərəfindən təsdiq olunan "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi çoxdan gözlənilən və iqtisadiyyatın inkişafına yol açan bir layihədir.Bu qanun Azad Zonanın fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyən edir.Toxum komandası olaraq,İnvestorlara geniş imkanlar yaradan Azad zona haqqında sizə müəyyən qədər məlumat vermək istədik.

1.Azad zona dedikdə, ölkə ərazisinin hər hansı bir hissəsi başa düşülür ki, burada məhsullara milli gömrük ərazisindən kənarda olan bir obyekt kimi baxılır və buna görə də onlar gömrük nəzarətindən keçirilmir, vergiyə cəlb edilmirlər. Başqa sözlə desək, Azad İqtisadi Zona – xüsusi rejim altında fəaliyyət göstərən ölkə ərazisinin bir hissəsidir.(Kioto Konvensiyası)

2.Azad Zonada hüquqi şəxslərin nizamnamə kapitalının və investisiya qoyuluşunun 100%-nin xarici hüquqi və fiziki şəxslərə məxsus olmasına məhdudiyyət qoyulmur.

3.Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri, Azad Zona hüquqi şəxsləri və onların işçiləri, Azad Zona rezidentləri azad zonada fəaliyyətlərinə aid olan "bütün vergilərdən" azaddırlar.

4.Azad Zonaya idxal edilən mallara, işlərə, xidmətlərə görə gömrük rüsumları və vergilər ödənilmir. Mallar, işlər, xidmətlər Azad Zonadan əsas iqtisadiyyata ixrac edildikdə, bu cür ixrac edilmiş mallara, işlərə, xidmətlərə əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.

5.Əsas iqtisadiyyat gömrük idarəsi Azad Zonada gömrük qaydalarının tətbiq edilməsi üçün gömrük idarəsi yaradır. Gömrük idarəçiliyi bu zaman Azad Zona qanunvericiliyinə uyğun həyata keçirir.

6.Azad Zonada fəaliyyət göstərmək hüququ əldə etmiş Azad Zona hüquqi şəxslərinə hər hansı milliləşdirmə, müsadirə tədbirləri və ya özəl mülkiyyətə aid hər hansı digər məhdudiyyət tətbiq edilə bilməz.

7.İnvestorlar, səhmdarlar, Azad Zona rezidentləri, Azad Zona hüquqi şəxsləri Azad Zonaya investisiya qoymaq və fəaliyyətlərindən əldə etdikləri pul vəsaitlərini məhdudiyyətsiz xaricə köçürmək hüququna malikdirlər.

8.İnvestorların, səhmdarların, Azad Zona rezidentlərinin, Azad Zona hüquqi şəxslərinin və onların işçilərinin, heç bir məhdudiyyət olmadan, hər hansı xarici valyuta ilə işləməyə və əməliyyatlar aparmağa hüququ var.


  TOP
Layihəyə dəstək ol