Təhsil haqqında qanunvericiliyin pozulmasına görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 300 manat, hüquqi şəxslər 5000 manat məbləğində cərimə edilir. Təhsil haqqında qanunvericiliyin pozulması dedikdə: 1. təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından şəxsin məhrum edilməsi; 2. təhsil müəssisəsində təhsilalana qarşı cinayət əlamətləri olmayan psixoloji zorakılığa yol verilməsi; 3. qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, təhsilalanların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsi; 4. dövlət təhsil və elmi tədqiqat qrantlarının təhsil müəssisəsinin həmin qrantların verilmə məqsədlərinə uyğun gəlməyən fəaliyyət sahələrinin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsi, maddə 181.