news-8

Kommunal ödənişlər

Vətəndaşlar tərəfindən sual yaranan hüquqi mövzulardan biridə "Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsinin qanuni əsasları və faktiki olaraq mənzildən istifadə etmədikdə, başqa ünvanda yaşadıqda yenə yaşayış sahəsinə görə kommunal ödəniş ödənilməlidir mi ?" məsələsidir. Qeyd edək ki,Yaşayış sahələrinə və kommunal xidmətlərə görə ödəmələr Azərbaycan Respublikası Mənzil məcəlləsi ilə tənzimlənir.(135-140 maddələr) Qanuna əsasən Kommunal xidmətlərə görə ödənişlər məcburi xarakter daşıyır. Həmin məcəllənin 137.10.-cu bəndinə əsasən isə Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Bu barədə və digər hüquqi mövzularda sual doğuran məsələlər olarsa bu zaman toxum.org saytına daxil olub,"sual ver" bölməsindən öz sualınızı verə bilərsiniz.


  TOP
Layihəyə dəstək ol