news-8

Müharibə və uşaqlar

Valideynlərin üzləşəcəyi bir sual: "İnsanlar müharibədə öləcəkmi, ana?"

Azərbaycanın Ermənistanla müharibə etdiyini və hərbi əməliyyatların daha uzun çəkəcəyi ehtimalını kiçik qulaqları ilə dinləyirlər. Psixoloqlar və uşaq pediatrları valideynlərin övladlarının suallarına hazırlıqlı olmasını məsləhət görürlər.

“İstifadə etdikləri sözlərin arxasında nə soruşduqlarına qulaq asın”- deyə Dr.Haller bildirib. Kiçik bir uşaq “Müharibəyə girsək nə olacaq?” deyə soruşursa,  onun sözlərinə geopolitikadan daha çox həqiqətən soruşduqları şey “Mənə zərər gələcəkmi?” və ya “Anam və atam zərər görəcəklərmi?” deyə keçirtdikləri narahatlıqdır.  Valideynlər həqiqətən bu məsələdə diqqətli olmalıdırlar. 

Azərbaycan müharibəni niyə edir müzakirə etmək əvəzinə, uşağınızın hissləri barədə danışın.

Ondan soruşun:" Qorxursan ki, sənə və ya mənim başıma bir şey gələcək? " Onu mümkün qədər əmin edin ki, təhlükəsizliyini təmin etmək üçün əlinizdən gələni edəcəksiniz. "Səni qoruyacağam" deyə bilərsiniz.

Uşaqlar sual verməyə davam edə bilər və ya cavabınız onları təmin edə bilər və bu zaman onlar mövzunu bağlayacaqlar. Bəzən isə uşaqlar insanların müharibə zamanı öldürüləcəyini soruşa bilər.

Dürüst olmalısan və insanların zərər görəcəyini söyləməlisən. Daha sonra onlardan bu barədə nə düşündüklərini soruşun.

Dürüst cavablar verməklə uşağınızı arxayın etmək və bu məsələni balanslaşdırmaq çətindir. Bununla belə uşaqlarınızla bu mövzuda söhbət edərkən aşağıdakı məsləhətləri nəzərə ala bilərsiniz.

*Övladınıza dediklərinizi həzm etmə, anlama fürsəti verin və bu barədə nə düşündüyünü soruşun.

* Cavablarınızı qısa və dürüst saxlayın. Çox ətraflı məlumat vermədən ancaq soruşulanlara cavab verin. Hansı sualları verəcəklərini imkan verin özləri seçsinlər. Onlar istəmədiyi təqdirdə verdikləri suallardan kənara çıxmayın.

* 4 yaşındakı bir uşağın sualını, 14 yaşındakı birinin sualından fərqli olaraq izah edin. Daha böyük bir uşaqla söhbət edərkən öz baxışlarınızdan danışa bilərsiniz. Onun bu barədə nə düşündüyünü soruşmağı unutmayın.

* Verdiyi suala bilmirəm demək və ya nə olacağına dair qərarsızlığınızı ifadə etməkdən çəkinməyin. Övladınıza cavabı öyrənməyə çalışacağınızı və daha çox bildiyiniz zaman onu da məlumatlandıracağınızı söyləyin.

* Yeniyetmə övladınızın müharibə ilə bağlı düşüncələri sənin düşüncələrindən fərqli ola bilər və buna hörmətlə yanaşın. Onlar inkişaf baxımından valideynlərə qarşı üsyan qaldırdıqları bir mərhələdədirlər və ehtimal ki, razılaşmadığınız fikirləri sizə söyləməkdən çəkinməyəcəklər. Buna hörmət etməlisiniz və daha çox səlahiyətiniz var deyə fikirlərini avtomatik olaraq yox saymamalısınız.

* Övladınızı mediada qrafik müharibə görüntülərindən qoruyun. Məlumatların uşağınızın görməsi üçün uyğun hesab etdiyiniz bir şey olduğundan əmin olmaq üçün əsas xəbər yayımlarından əvvəl başlayan xəbər promolarına baxın. Kanalı dəyişdirməkdən və ya televizoru bağlamaqdan qorxmayın. Övladınızın xəbərləri görə biləcəyinə qərar verərsinizsə, onunla birlikdə proqramı izləməyə çalışın.

* İfadə olunmayan təşviş əlamətlərinə baxın. Yuxu rejimindəki dəyişikliklər - ya çox yatmaq,  iştahsızlıq, məktəb performansında bir azalma və ya davranış problemləri uşağınızın stress keçirdiyinə dair bir işarə ola bilər. Ondakı dəyişiklikləri gördüyünüzü və hiss etdiyinizi bildirin və düşündüklərini sizə izah etmək şansı verin. "Ona zaman verin, ancaq eyni vaxtda onu narahat edən şeyləri müzakirə etməyə hazır olduğunuzu göstərməyə davam edin. Müharibə ilə bağlı təşviş hər kəsə zərər verə bilər. Övladınız belə görünürsə, pediatrınıza zəng etməkdən çəkinməyin. 


  TOP
Layihəyə dəstək ol