campaign-7 müddətİ bİtİb
  • BİTMƏYİNƏ qaldı:

    müddətİ bİtİb!

  • Hədəf

    1600 AZN

  • Toplanılan Məbləğ

    276 AZN

"Kəpənək" Kitabı

"Kəpənək" kitabı

Annotasiya:

"Emin Jaləni xoşbəxt görmək istəyən bir aşiqdir.  Eminin sevgisi isə Jalənin buza dönmuş ürəyini xəfif alov kimi əridir. Lakin Jalənin həyatında Emin olsa da, bir dənə də olsun kəpənəyi yoxdur. Sevdiyinin bu arzusunu eşidən Emin həyatında bircə günlük də olsa kəpənəyə dönüşməyi xəyal edər. Sirli bir qüvvə tərəfindən arzusu gerçəkləşən Eminin gedəcəyi ilk yer, sevdiyi qızın incə barmaqlarında rəqs etmək olar. Jalə yuxudan ayılar, kəpənəyi üstündə görüncə onu tutub saxlayar və Emin gələnə qədər onu buraxmaq istəməz. Lakin o bilmir ki, Eminin dönməsi üçün Kəpənək gəldiyi yol ilə geri qayıtmalıdır..."

 

Salam, əziz oxucular. Cib kitabı ölçüsündə olacaq "Kəpənək" artıq 3-cü kitabımdır ki, məni sizlərə daha da yaxın edir. İlk öncə kitabı Sosial Layihə kimi çıxartmağı qərara alsam da, kitaba diqqət ayrılmayan bir ölkədə bunu etmək müşkül məsələdir. Ona görə kitaba minimum bir qiymət qoymaqla Kəpənək kitabını çap etdirməyi qərara aldım. 

Əlavə etmək istədiyiniz məbləğin miqdarı simvolik olacaq. 1-2 AZN ödəməklə kəpənək kitabının dəstəkçilərindən biri olub kitabı əldə edə bilərsiniz.

Beləliklər kitaba:

1 AZN ödəməklə:

  1. Kəpənək kitabını əldə edə bilərsiniz.

5 AZN ödəməklə:

  1. "Kəpənək" kitabı ilə birgə
  2. "Allahsızlar şəhəri" kitabını da əldə edə biləcəksiniz.
  • 10 AZN ödəməklə: 
  1. Həm "Kəpənək",
  2. Həm "Allahsızlar Şəhəri",
  3. Həm də "Hərbidən Qeydlər" kitabını əldə edə biləcəksiniz.
  • 20 AZN ödəməklə:
  1. Hər 3 kitabı əldə etməklə birgə,
  2. Kitabın içində sizə Təşəkkür etməklə, Dəstəkçilər bölməsində öz adınızı görə biləcəksiniz.
  • 50 AZN ödəməklə:
  1. Hər 3 kitabı əldə edəcək,
  2. Kitabın içində, Təşəkkürlər bölməsində adınız xüsusi olaraq vurğulanacaq,
  3. Həm də müəllif tərəfindən dəyərli bir hədiyyə qazanacaqsınız.

100 AZN VİP Paket:

  1. Hər 3 kitabı əldə etməklə müəllifin bundan sonra çıxacaq kitablarını hədiyyə qazanacaq,
  2. Həmçinin Uraqan Abdullayev tərəfindən seçilmiş bir hədiyyə ilə mükafatlandırılacaq
  3. Və müəllifin ən yaxın oxucularından birinə çevrilərək kitablar satışa çıxmazdan öncə ilk yazılan əsərlərini oxuyub müəlliflə dərin müzakirələr şansı əldə edəcəksiniz.

 




  TOP
Layihəyə dəstək ol