news-8

Gələcəyin işi!

1. Şəkər

İnsanlar üç yerə bölünür: şəkərə qarşı olanlar, şəkəri həyatlarından çıxara bilməyənlər və şəkərin gələcəkdə də iş imkanına malik olduğunu deyənlər! 

Pandemiya ərzində iqtisadi durğunluğa baxmayaraq,insanların mütəmadi pulla aldığı bir məhsuldur. Bu səbəblədir ki, iqtisadi böhranda belə satışlar 30% artım göstərmişdi. Bir çox mütəxəssis də bu barədə eyni fikirdədir: geriləməyə qarşı güclü dura bilən sənayə qollarında  biri sayılır. Müasir dövrdə klassik markaların hamısı bu böhranda da ayaqda dura bildilər. Siz də gələcəyin işini qurmaq üçün bunu düşünün!

2. Mobil tətbiqlər

Yemə tələbimizi qarşılamasa da, kifayət qədər bizim ruhumuzu təmin edə bilər. Pandemiya dövründə ən çox telefonla bağlı etdiyiniz nə olmuşdu? App-lərdən faydalanmaq. Facebook, Twitter, Instagram telefonumuzda yüklü olsa da, kəşf etdiyimiz bir o qədər də tətbiqlər vardır. Apple App Store-u quranda satışlar ilk aydan 30 milyon dollar qazanc əldə etmişdi. Əlbəttə, bu rəqəm indi dəfələrlə artıqdır. Sizi burada sevindirəcək ən yaxşı xəbər bilirsiniz nədir? İndiyənə qədər ehtiyac olan mobil tətbiqlərin sadəcə 3%-i reallaşdırılıb! Yerdə qalan 97% ideya 97% şansa da bərabərdir. İndi fikirləşin, insanların 97%-lik ödənməmiş tələbatı nə ola bilər?

3. Big brother data

Böyük data (big data) dövrünü yaşayırıq.. Bir çox şirkət; müştərilər, rəqib firmalar və hətta özləri haqqında bu böyük datanı işləmək və məna kəsb edən bilgilər əldə etmək istəyirlər. Burada çətin olan datanı işləmək yox, dataları şərh etməkdir. İş həyatında bu datalarla düzgün bir yol almaq vacibdir. Marketinq data analizindən ən çox istifadə edən sahələrdən biri olacaq. 

Yuxarıda sadaladığımız 3 iş imkanları barədə nə düşünürsünüz? Sizcə, daha hansı iş imkanları var ki, onlar gələcəkdə də mövcud olacaq? 

Bu blogun davamı olacaq!


  TOP
Layihəyə dəstək ol