news-8

Qırqovulları təbiətə qaytardıq!

Keçən ilin noyabr ayında yeni bir layihəni sizlərlə bölüşmüşdük.

Rauf bəyin təbiət gözəli Qırqovulların tuqay meşələrinə-öz evlərinə qaytarılması üçün gördüyü işlərə dəstəkçi tapmaq məqsədilə başlatdığı kampaniya uğurla tamamlandı.

Rauf bəy yazır: "Təbiətsevərlərin layihəmizə dəstəyi hələ də davam edir.Hədəflədiyimiz   300 manatdan 2 dəfə çox məbləğ  qısa müddət ərzində yığıldı. 22 qırqovul təbiətə buraxıldı.Xəbərdaredici lövhələr  hazırlanaraq meşələrin girəcəyinə yerləşdirildi.Dəstək üçün saytınıza və təbiətsevərlərə minnətdaram."

Kampaniya saytımızda yekunlaşsa da dəstəkçilər hələ də Rauf bəyə bu işdə kömək edirlər.

Bu dünya hamımızın evidi. Onu gözəlləşdirmək hər birimizin ən önəmli vəzifələrindən biridir.

Bu yolda bizimlə bir addımlayan hər bir dəstəkçimizə minnətdarıq!

Uğurlu kraudfandinqlərə!

 


  TOP
Layihəyə dəstək ol